Fransada hərbi helikopter qəzası: 2 ölü, 5 yaralı var

Digər ölkələr
  • 15 aprel, 2020
  • 16:52
Fransada hərbi helikopter qəzası: 2 ölü, 5 yaralı var

Fransada hərbi helikopter qəzaya uğrayıb. 

“Report”un Fransa bürosu xəbər verir ki, bu barədə Hautes-Pyrenees prefekturası məlumat yayıb.

Bildirilib ki, hadisə bu gün yerli vaxtla 16:30-da Bouilh-Devant şəhərində baş verib. Helikopterdə 7 nəfər olub, onlardan 2-si ölüb, 5-i isə yaralanıb. 

Helikopter Po şəhərinin 5-ci döyüş alayına məxsus olub. 

Faktla bağlı araşdırma aparılır. 

44 filmi