“Sarı jiletlilər”: Prezident Makron, özünüzü Fransa xalqının iradəsindən yüksək tutmayın

“Sarı jiletlilər”: Prezident Makron, özünüzü Fransa xalqının iradəsindən yüksək tutmayın Bakı. 4 yanvar. REPORT.AZ/ “Siz və sizin silahdaşlar insanlara yuxarıdan aşağı baxmaqda, onları dişsiz, cəmiyyətin qalığı saymaqda davam etsəniz, qəzəb nifrətə çevriləcək”.
Digər ölkələr
100
4 Yanvar , 2019 16:06
“Sarı jiletlilər”: Prezident Makron, özünüzü Fransa xalqının iradəsindən yüksək tutmayın

Bakı. 4 yanvar. REPORT.AZ/ “Siz və sizin silahdaşlar insanlara yuxarıdan aşağı baxmaqda, onları dişsiz, cəmiyyətin qalığı saymaqda davam etsəniz, qəzəb nifrətə çevriləcək”.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu “Sarı jiletlilər” hərəkatının nümayəndəsi “Facebook” səhifəsində Fransa Prezidenti Emmanuel Makronun Yeni il müraciətinə cavab olaraq yazıb.

Hərəkat təmsilçisi əhalini yanvarın 5-də etiraz aksiyasına çağırıb.

Məktub “Fransa qəzəb içində” (“La France en colère”) qrupu imzası ilə sosial şəbəkədə yerləşdirilib. Həmin müraciətin yanvarın 5-də, yerli vaxtla saat 14-də oxunacağı bildirilib. “Prezident Makron, Fransa xalqının səsini eşidin, ola bilsin, biz sizinlə gələcəyin Fransasını qurduq. Ukraynadakı “narıncı inqilabı” yada salın. Özünüzü qanundan ali, yaxud Fransa xalqının iradəsindən yüksək tutmayın”, - deyə “Sarı jiletlilər” Emmanuel Makrona xəbərdarlıq edib.

Qeyd edək ki, Emmanuel Makron müraciətində etiraz aksiyasının təmsilçilərini Yelisey sarayında görüşə dəvət edib.

Xatırladaq ki, noyabrın 17-də “Sarı jiletlilər” Fransada avtomobil yanacağının qiymətinin bahalaşacağına qarşı etiraz aksiyası keçirməyə başlayıb

Son xəbərlər

Orphus sistemi