Fransada polis neft anbarını mühasirəyə alan "sarı jiletlilər"in aksiyasını dağıdıb

Fransada polis neft anbarını mühasirəyə alan "sarı jiletlilər"in aksiyasını dağıdıb Bakı. 2 yanvar. REPORT.AZ/ Bu gün səhər Fransanın Ruan şəhəri yaxınlığında polis neft terminalını mühasirəyə alan sarı jiletlilərin aksiyasını dağıdıb.
Digər ölkələr
2 Yanvar , 2019 16:22
Fransada polis neft anbarını mühasirəyə alan sarı jiletlilərin aksiyasını dağıdıb

Bakı. 2 yanvar. REPORT.AZ/ Bu gün səhər Fransanın Ruan şəhəri yaxınlığında polis neft terminalını mühasirəyə alan "sarı jiletlilər"in aksiyasını dağıdıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə polis əməkdaşı Benua Lemer məlumat verib.

"Heç bir mühasirə qəbuledilməzdir. Neft bazasının qarşısında od qalamaq çox təhlükəlidir. Aksiya iştirakçıları məsuliyyətsiz hərəkətlərinə görə məhkəmə qarşısında cavab verməlidirlər", - B.Lemer deyib.

Ekspertlərin fikrincə, bu neft anbarı Dənizkənarı Sena departamentinin əsas strateji obyektlərindən biridir. Ötən ay ərzində anbar "sarı jiletlilər" tərəfindən iki dəfə mühasirəyə alınıb.

Son xəbərlər

Orphus sistemi