Fransada COVID-19 xəstələrinin sayı azalır

Fransada COVID-19 xəstələrinin sayı azalır Fransada koronavirus qurbanlarının sayı 28 596 nəfər təşkil edir.
Digər ölkələr
27 May , 2020 21:44
Fransada COVID-19 xəstələrinin sayı azalır

Fransada koronavirus qurbanlarının sayı 28 596 nəfər təşkil edir.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Nazirlik qeyd edib ki, COVID-19-la bağlı xəstəxanaya yerləşdirilənlərin sayı azalmaqda davam edir. 

Çərşənbə axşamı koronavirusdan 28 530 nəfərin öldüyü bildirilirdi. Qeyd edilirdi ki, xəstəxanalarda 16 264 insan müalicə edilir.

"28 596 insan öldü, onlardan 18 260-ı xəstəxanalarda vəfat etdi", - rəsmi məlumatda deyilir. 

Epidemiyanın başlanğıcından 101 mindən çox insan xəstəxanaya yerləşdirilib, onlardan 17,8 mini reanimasiyada olub. Məlumata görə, ümumilikdə 66 mindən çox insan sağalaraq evə buraxılıb.

Çərşənbə gününə olan məlumatlara görə, hazırda xəstəxanalarda 15 680 nəfər müalicə edilir (bir həftə öncə onların sayı 17 941 idi). Xəstəxanalara son 24 saat ərzində 271 yeni pasiyent daxil olub. 

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 5,7 milyonu ötüb. Bunların 2,4 milyon nəfərdən çoxu sağalıb, 352 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi