Fransada 147 min polis Yeni il gecəsi asayişi qoruyacaq

Fransada 147 min polis Yeni il gecəsi asayişi qoruyacaq Bakı. 31 dekabr. REPORT.AZ/ Fransada Yeni il gecəsi şəhər küçələrində asayişi təmin etmək üçün 150 minə yaxın hüquq-mühafizə orqanları əməkdaşı səfərbər ediləcək.
Digər ölkələr
31 Dekabr , 2018 07:07
Fransada 147 min polis Yeni il gecəsi asayişi qoruyacaq

Bakı. 31 dekabr. REPORT.AZ/ Fransada Yeni il gecəsi şəhər küçələrində asayişi təmin etmək üçün 150 minə yaxın hüquq-mühafizə orqanları əməkdaşı səfərbər ediləcək.

“Report” xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

"Vətəndaşların təhlükəsizliyinin təmin edilməsi və ictimai asayişin qorunması üçün bütün ölkə üzrə hüquq-mühafizə orqanları, mülki təhlükəsizlik və silahlı qüvvələrin 147 min 935 əməkdaşı səfərbər ediləcək", - deyə idarənin "Twitter" mikrobloqunda bildirilib.

Yeni il gecəsi paytaxt Parisdə xüsusi təhlükəsizlik tədbirləri görüləcək.

Ötən gün Fransada etirazçılar yerli bankın giriş qapısında yanğın törətmişdilər.

Son xəbərlər

Orphus sistemi