Fransa və Rusiya prezidentləri Suriya məsələsini müzakirə ediblər

Fransa və Rusiya prezidentləri Suriya məsələsini müzakirə ediblər Bakı. 27 oktyabr. REPORT.AZ/ Fransa və Rusiya prezidentləri Emanuel Makron və Vladimir Putin arasında bu gün səhər telefon söhbəti olub.
Digər ölkələr
27 Oktyabr , 2018 14:42
Fransa və Rusiya prezidentləri Suriya məsələsini müzakirə ediblər

Bakı. 27 oktyabr. REPORT.AZ/ Fransa və Rusiya prezidentləri Emanuel Makron və Vladimir Putin arasında bu gün səhər telefon söhbəti olub.

“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, Yelisey sarayındakı mənbəyə görə, Suriya böhranına dair bugünkü dördtərəfli İstanbul zirvə görüşü ərəfəsində keçirilən telefon söhbəti zamanı E.Makron münaqişənin siyasi yolla həll olunmasının vacibliyini vurğulayıb. 

Fransa Prezidenti həmçinin qarşıdakı görüşdə kimyəvi silahların tətbiqinə yol verməmək, mövcud atəşkəs rejimini uzun müddət qoruyub saxlamaq üçün zəmanət verilməsinə tərəfdar olduğunu diqqətə çatdırıb.

Son xəbərlər

Orphus sistemi