Fransa və İtaliya qeyri-qanuni miqrasiya ilə mübarizədə əməkdaşlığı gücləndirəcək

Digər ölkələr
  • 15 sentyabr, 2023
  • 15:50
Fransa və İtaliya qeyri-qanuni miqrasiya ilə mübarizədə əməkdaşlığı gücləndirəcək

Fransa və İtaliyanın daxili işlər nazirlikləri qeyri-qanuni miqrasiyaya qarşı mübarizədə koordinasiyanı gücləndirəcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Jerald Darmanen “X” sosial şəbəkəsində yazıb.

“Mən italiyalı həmkarım Matteo Pyantedozi ilə ətraflı danışıqlar apardım. Biz qeyri-qanuni miqrasiyaya qarşı tədbirləri gücləndirmək üçün yaxın gələcəkdə Avropa İttifaqının rəsmiləri ilə birgə əlaqə saxlamağa razılaşdıq”, - o vurğulayıb.