Fransa terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə aparmaq üçün beynəlxalq konfrans keçirəcək

Fransa terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə aparmaq üçün beynəlxalq konfrans keçirəcək Konfransın gələn ilin əvvəlində təşkil edilməsi planlaşdırılır
Digər ölkələr
29 Avqust , 2017 15:09
Fransa terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə aparmaq üçün beynəlxalq konfrans keçirəcək

Bakı. 29 avqust. REPORT.AZ/ Fransa terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə üzrə beynəlxalq konfrans keçirmək niyyətindədir.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ölkə prezidenti Emmanuel Makron Parisdə keçirilən Fransa səfirlərinin illik iclasında bildirib.

Fransa prezidenti vurğulayıb ki, terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması bu qlobal problemə qarşı mübarizədə əsas istiqamətlərdən biri olmalıdır.

"Terror və onun maliyyələşdirilməsinə qarşı mübarizədə nəticə əldə etmək istəyiriksə, hamıya qarşı tələbkar əlaqələri qorumaq, aydın qrafikə sahib olmaq və prioritetləri aydın müəyyənləşdirmək lazımdır. Məhz bu səbəbdən Fransa gələn ilin əvvəlində terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə beynəlxalq konfrans keçirəcək", - o deyib. Amma Fransa prezidenti konfransın hansı formatda keçiriləcəyini, kimlərin iştirak edəcəyini açıqlamayıb.

Qeyd edək ki, Parisdəki ambassadorialda Fransanın Azərbaycandakı səfiri Aureliya Buşe də iştirak edir.

Son xəbərlər

Orphus sistemi