Fransa qırıcıları İŞİD mövqelərini bombalayıb

Fransa qırıcıları İŞİD mövqelərini bombalayıb ransa Müdafiə Nazirliyinə aid 10 qırıcı təyyarə İŞİD-in hədəflərinə 20-yə yaxın hava zərbəsi endirib
Digər ölkələr
16 Noyabr , 2015 02:42
Fransa qırıcıları İŞİD mövqelərini bombalayıb

Bakı. 16 noyabr. REPORT.AZ/ Fransaya məxsus qırıcı təyyarələr İraq Şam İslam Dövləti (İŞİD) terrorçu təşkilatının Rakkadakı mövqelərini bombalayıb.

"Report" RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, Fransa Müdafiə Nazirliyinə aid 10 qırıcı təyyarə İŞİD-in qalası sayılan Rakkadakı hədəflərə 20-yə yaxın hava zərbəsi endirib.

Xatırladaq ki, noyabrın 13-də Parisdə eyni zamanda törədilən bir neçə terror aktı nəticəsində 132 nəfər həlak olub. İŞİD terror aktlarının məsuliyyətini öz üzərinə götürüb.

Son xəbərlər

Orphus sistemi