Fransa Prezidenti: "Paris Notr-Dam kilsəsini 5 ilə bərpa edəcəyik" - YENİLƏNİB

Fransa Prezidenti: "Paris Notr-Dam kilsəsini 5 ilə bərpa edəcəyik" - YENİLƏNİB Biz Notr-Dam-de-Pari kilsəsini 5 ilə bərpa edəcəyik.
Digər ölkələr
16 Aprel , 2019 23:25
Fransa Prezidenti: Paris Notr-Dam kilsəsini 5 ilə bərpa edəcəyik  - YENİLƏNİB

"Biz Notr-Dam-de-Pari kilsəsini 5 ilə bərpa edəcəyik". 

"Report"un Qərbi Avropa bürosu xəbər verir ki, bu sözləri Fransa Prezidenti Emmanuel Makron bu gün xalqa birbaşa yayım vasitəsilə müraciəti zamanı bildirib.

O, deyib: "Biz bu abidələri yaradan xalqıq. Hələ çox tikililərə qol qoyacağıq. Bu fəlakət bir daha nümayiş etdirdi ki, tarix donmayıb və bizi hələ yeni sınaqlar gözləyir".

"Sarı jiletlilər"in tələblərinə cavab olaraq keçirilmiş böyük debatların nəticələrinə toxunan Fransa Prezidenti bildirib ki, o, tezliklə yenidən xalqın qarşısına qayıdacaq.


***21:51

Fransa Prezidenti Emmanuel Makron xalqa müraciət edəcək.

"Report"un Qərbi Avropa bürosu xəbər verir ki, Fransa Prezidentinin bu gün yerli vaxtla saat 20.00-da xalqa müraciət edəcəyi gözlənilir. Prezidentin çıxışının Notr-Dam-de-Pari kilsəsində baş vermiş fəlakətə, yoxsa "böyük debat"ın nəticələrinə həsr olunacağı məlum deyil.

Xatırladaq ki, Notr-Dam-de-Pari kilsəsində baş verən yanğın səbəbindən Fransa Prezidentinin dünən saat 20.00-da televiziya vasitəsilə "Sarı jiletlilər"ıin tələbləri əsasında aparılan müzakirələrin nəticələrini açıqlamaq üçün xalqa müraciəti təxirə salınıb.

Son xəbərlər

Orphus sistemi