Fransa polisi qaçqın və miqrantlara qarşı güc tətbiq edir
- 05 fevral, 2022
- 02:51
Yeniliklərdən dərhal xəbərdar olun!
“Utopia 56” hüquq müdafiə təşkilatı tviterdəki hesabında Fransa paytaxtı Parisin körpülərindən birinin altında gecələyən miqrantların polis tərəfindən fiziki zorakılıqla dağıdılmasının videogörüntülərini yayıb.
“Report” xəbər verir ki, görüntülərdə asayiş keşikçilərinin miqrantları ayaqları ilə təpikləyərək onları necə “oyatdığı” əks olunur. Görüntülərdə ayağı amputasiya olunmuş miqrantlardan biri qoltuqaltına güclə söykənərək polislə danışmağa çalışır.
Havanın soyuq keçməsinə baxmayaraq, bir qrup evsiz miqrant sonda düşərgəni tərk etməli olub.
“Utopia 56” bildirib ki, söhbət sığınacaq axtaran Sudan vətəndaşlarından gedir.
“Həmin insanların müdafiəsi və sığınacağı olmalıdır, lakin yoxdur, onlar daim polis tərəfindən fiziki və psixoloji zorakılığa məruz qalırlar”, - hüquq müdafiəçiləri qeyd ediblər.
“Utopia 56” əlavə edib ki, Parisdə belə hadisələr beş gündür qeydə alınır.
[Attention, images choquantes] 5h du matin, sous un pont de Paris : la police réveille à coups de pieds une dizaine de personnes dormant au sol : "on y va !". Couverture à la main, ces personnes n'ont nulle part où aller. Cette scène se répète à Paris depuis au moins 5 nuits. pic.twitter.com/o5XR3yRNVw
— Utopia 56 (@Utopia_56) February 3, 2022
L’un des hommes qui dort sous ce pont est accompagné par nos équipes. Il a un pied amputé et se déplace en béquilles. Il ne comprend pas pourquoi les policiers font ça. L'ordre de @prefpolice est le même pour tous : "partez !". pic.twitter.com/23Mzsk03Nw
— Utopia 56 (@Utopia_56) February 3, 2022