Fransa DİN-i Strasburqda ölən və yaralananların dəqiq sayını açıqlayıb - YENİLƏNİB-2

Fransa DİN-i Strasburqda ölən və yaralananların dəqiq sayını açıqlayıb - YENİLƏNİB-2 Bakı. 12 dekabr. REPORT.AZ/ Dekabrın 11-i, çərşənbə axşamına keçən gecə Fransanın Strasburq şəhərində baş verən silahlı insident nəticəsində 3 nəfər ölüb, 12 nəfər yaralanıb.
Digər ölkələr
12 Dekabr , 2018 07:33
Fransa DİN-i Strasburqda ölən və yaralananların dəqiq sayını açıqlayıb - YENİLƏNİB-2

Bakı. 12 dekabr. REPORT.AZ/ Dekabrın 11-i, çərşənbə axşamına keçən gecə Fransanın Strasburq şəhərində baş verən silahlı insident nəticəsində 3 nəfər ölüb, 12 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bunu çərşənbə günü Fransanın daxili işlər naziri Kristof Kastaner deyib.

"Saat 19:50-dən naməlum şəxs şəhərin üç nöqtəsində terror aktı törədib, o, 3 nəfəri qətlə yetirib", - deyə Kastaner Strasburqda keçirilən mətbuat konfransında bildirib.

Nazirin sözlərinə görə, daha 12 nəfər yaralanıb.


***03:46

Bakı. 12 dekabr. REPORT.AZ/ Strasburqda baş verən atışma zamanı ölənlərin sayı 4 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə öz mənbələrinə istinadən BFM TV məlumat yayıb.

Bildirilir ki, cani hələ də tutulmayıb, şəhərin tarixi mərkəzi olan Broyl meydanında xüsusi əməliyyat aparılır. Hücum edən şəxsin hərbçilərlə atışmadan sonra yaralandığı ehtimal edilir. Hüquq-mühafizə orqanları onun tək olmadığını güman edirlər.

Telekanalın məlumatına görə, dekabrın 11-i səhər atəş açan şəxsin evində qarət işi ilə bağlı axtarış aparılmalı idi, lakin o qaçıb.


***23:56

Bakı. 11 dekabr. REPORT.AZ/ Çərşənbə axşamı Fransanın Strasburq şəhərinin mərkəzində silahlı insident baş verib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə yerli yanğın xidmətinə istinadən "Reuters" məlumat yayıb.

Atışma nəticəsində 1 nəfər ölüb, daha 3-ü isə yaralanıb.

Son xəbərlər

Orphus sistemi