Fransa deputatı koronavirusa yoluxdu

Fransa deputatı koronavirusa yoluxdu Fransa Milli Assambleyasının (parlament) deputatı, Fransa-Azərbaycan dostluq qrupunun üzvü, 68 yaşlı Jan-Lük Reitzer COVID-19 infeksiyası ilə xəstəxanaya yerləşdirilib.
Digər ölkələr
6 Mart , 2020 02:15
Fransa deputatı koronavirusa yoluxdu

Fransa Milli Assambleyasının (parlament) deputatı, Fransa-Azərbaycan dostluq qrupunun üzvü, 68 yaşlı Jan-Lük Reitzer COVID-19 infeksiyası ilə xəstəxanaya yerləşdirilib.

“Report” xəbər verir ki, bu barədə “France Bleu" bildirib.

Məlumata görə, onun vəziyyəti ağırdır. Elzas regionundan Respublikaçılar partiyasını təmsil edən parlament üzvü tənəffüs yollarının problemi ilə intensiv terapiya şöbəsindədir. Onun koronavirusa yoluxması təsdiqlənib.

Bildirilir ki, deputat son dəfə fevralın 25-də parlamentin iclasında iştirak edib.

Son məlumatlara görə, Fransada koronavirusa yoluxanların sayı 420 nəfəri ötüb, virusa yoluxmuş 7 nəfər ölüb. Elzas regionu xəstəliyin yayılması mərkəzlərindən biridir.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 87 ölkə və regionu əhatə edir.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 97 022-yə çatıb. Onların 53 983 nəfəri sağalıb, 3 311 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.

Son xəbərlər

Orphus sistemi