Finlandiyada məktəbdə baş verən atışmada bir uşaq ölüb - YENİLƏNİB - 2

Finlandiyada məktəbdə baş verən atışmada bir uşaq ölüb - YENİLƏNİB - 2 Finlandiyanın Vantaa şəhərində yerləşən məktəbdə atışma baş verib.
Digər ölkələr
2 Aprel , 2024 14:50
Finlandiyada məktəbdə baş verən atışmada bir uşaq ölüb - YENİLƏNİB - 2

Finlandiyanın Vantaa şəhərindəki Viertola rayonunda yerləşən məktəbdə baş verən atışmada altıncı sinif şagirdi ölüb.

“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Finlandiya KİV-i məlumat yayıb.

Polis daha iki şagirdin ağır yaralandığını bildirib.

Qeyd edilib ki, məktəbdə 800-ə yaxın şagird, 90-a yaxın müəllim çalışır.
Daha əvvəl məktəbdəki atışma nəticəsində azı üç nəfərin yaralandığı bildirilmişdi.

12:11

Finlandiyanın Vantaa şəhərindəki Viertola rayonunda yerləşən məktəbdə atışma baş verib, nəticədə 3 uşaq yaralanıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Finlandiya polisi məlumat yayıb.

Şahidlərdən ərazidən uzaq durmaları xahiş olunub. Saxlanılan şübhəli şəxsin azyaşlı olduğu barədə məlumat verilib.

Faktla bağlı araşdırma aparılır.

11:49

Finlandiyanın Vantaa şəhərində yerləşən məktəbdə atışma baş verib.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Finlandiya polisi məlumat yayıb.

Qeyd edilib ki, hadisə nəticəsində yaralananlar olub. Lakin xəsarət alanların dəqiq sayı açıqlanmayıb. Atışmanı törətməkdə şübhəli bilinən şəxsin saxlanıldığı bildirilir.

Son xəbərlər

Orphus sistemi