Yuxarı
    Bağlamaq

    ​Filippinin yeni prezidenti ölkədə ölüm hökmünü bərpa etmək niyyətindədir

    Duterte mütəşəkkil cinayətkar qrup üzvlərinin güllələnəcəyini deyib

    Bakı. 15 may. REPORT.AZ/ Filippinin yeni seçilmiş, lakin hələ vəzifəsinin icrasına başlamamış prezidenti Rodriqo Duterte ölkədə ölüm hökmünü bərpa etmək niyyətindədir.

    "Report" xəbər verir ki, bu barədə "Frans Press"in məlumatında bildirilir.

    "Mən Konqresi asılma yolu ilə ölüm hökmünü bərpa etməyə çağırmaq niyyətindəyəm", — deyə Duterte vurğulayıb.

    Seçilmiş prezident, həmçinin əlavə edib ki, mütəşəkkil cinayətkar qrup üzvləri və saxlanılan zaman silahlı müqavimət göstərən şəxslərə qarşı güllələnmə əmri verəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi