Filippində zəlzələ nəticəsində bir neçə nəfər ölüb, itkin düşənlər var

Filippində zəlzələ nəticəsində bir neçə nəfər ölüb, itkin düşənlər var Cümə günü Filippin sahillərində baş verən zəlzələdə azı 6 nəfər həlak olub.
Digər ölkələr
18 noyabr 2023 02:29
Filippində zəlzələ nəticəsində bir neçə nəfər ölüb, itkin düşənlər var

Cümə günü Filippin sahillərində baş verən zəlzələdə azı 6 nəfər həlak olub.

“Report” xəbər verir ki, bu barədə yerli Təbii Fəlakətin Nəticələrinin aradan qaldırılması üzrə Xidmətin rəsmilərinə istinadən “Reuters” məlumat yayıb.

Daha iki nəfərin hələ də itkin düşdüyü qeyd edilir.

Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, zəlzələ 6,7 maqnitudada baş verib. Yeraltı təkanların episentri Mindanao adasının Şərqi Davao Oriental əyalətində yerləşən, təxminən 679 min nəfər əhalisi olan General Santos şəhərindən 60 km cənubda yerləşib. Zəlzələ ocağı 78 km dərinlikdə yerləşib.

Son xəbərlər

Orphus sistemi