Filippində radikalların hücumu nəticəsində 9 nəfər ölüb
Digər ölkələr
- 26 dekabr, 2015
- 10:16
Bakı. 26 dekabr. REPORT.AZ/ Filippinin cənubunda radikalların həyata keçirdiyi terror aktları nəticəsində 9 nəfər ölüb. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, terror hücumu "Banqsamoro İslam Qurtuluş əsgərləri" hərəkatının yaraqlıları tərəfindən edilib.
Hökumət rəsmisi Miriam Ferrerin sözlərinə görə, yaraqlıların Mindanao adasındakı Sultan Kudarat vilayətində fermerlərin yaşadığı qəsəbəyə hücumu zamanı 7 nəfər ölüb. Eyni zamanda, daha bir neçə nəfər əsir götürülsə də, sonradan ordunun əsgərləri onları xilas edib.
Şimali Kotabato əyalətində isə yaraqlıların kilsəyə hücumu nəticəsində 2 dinc sakin öldürülüb.
Məlumata görə, hökumət ordusu "Banqsamoro İslam Qurtuluş əsgərləri" hərəkatının 4 üzvünü məhv edə bilib.
Son xəbərlər
12:36
Yulian Brandt cari mövsümün sonunda "Borussiya"dan ayrılacaq
Futbol12:23
Bakı və Abşeron yarımadasına yağış, bəzi rayonlara qar yağacaq - PROQNOZ
Ekologiya12:19
Tramp: Müttəfiqlərin İrana qarşı əməliyyatda iştirakı ABŞ-ni narahat etmir
Digər ölkələr12:02
Foto
Naxçıvanın dağlıq ərazilərində qar örtüyünün hündürlüyü bir metri keçib
Ekologiya12:01
İran ABŞ-nin Küveytdəki helikopter bazasına zərbə endirib
Region11:49
İranda yeni ali rəhbərlə bağlı konsensus əldə olunub
Region11:41
BMT Baş katibi gender bərabərliyinin təmin edilməsi üçün səkkiz addım irəli sürüb
Digər ölkələr11:35
KİV: İsrail İranın enerji obyektlərinə zərbələr endirir
Region11:15
Foto