FED yenə uçot dərəcəsini 0-0,25% faiz səviyyəsində saxladı

FED yenə uçot dərəcəsini 0-0,25% faiz səviyyəsində saxladı ABŞ-ın Mərkəzi Bankı funksiyalarını yerinə yetirən Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsini 0-0,25 faiz səviyyəsində saxlayıb.
Digər ölkələr
376
10 İyun , 2020 22:12
FED yenə uçot dərəcəsini 0-0,25% faiz səviyyəsində saxladı

ABŞ-ın Mərkəzi Bankı funksiyalarını yerinə yetirən Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsini 0-0,25 faiz səviyyəsində saxlayıb.

“Report” xəbər verir ki, bu barədə maliyyə tənzimləyicisinin xəbərində deyilir.

“İctimai səhiyyənin davam edən böhranı ən yaxın perspektivdə iqtisadi fəallığa, məşğulluğa və inflyasiyaya əhəmiyyətli dərəcədə təsir edəcək və orta müddətli perspektivdə iqtisadi perspektivlər üçün əhəmiyyətli risklər yaradır. Bu hadisələri nəzərə alaraq komitə federal fondlar üzrə payın məqsədli diapazonu səviyyəsini 0-0,25% saxlamağa qərar verib", - tənzimləyicinin saytındakı xəbərdə deyilir.

Qeyd edək ki, FED 2020-ci ildə ABŞ-da işsizlik üzrə proqnozu 3,5%-dən 9,3%-ə qədər, 2021-ci ildə - 3,6%-dən 6,5%-ə qədər artırıb. 

Xatırladaq ki, ABŞ-ın Mərkəzi Bankının funksiyalarını yerinə yetirən FED apreldə də illik uçot dərəcəsini 0-0,25 faiz saxlayıb. FED habelə uçot dərəcəsini martın 16-da 0-0,25%-ə qədər endirib və koronavirusa görə risklərlə mübarizə çərçivəsində uçot dərəcəsini ciddi şəkildə azaldıb. 

Son xəbərlər

Orphus sistemi