Tanınmış fəal: Fransa yalnız futbol oynayan və ya musiqiçi olan afrikalılara xoş münasibət bəsləyir

Tanınmış fəal: Fransa yalnız futbol oynayan və ya musiqiçi olan afrikalılara xoş münasibət bəsləyir Fransız kəşfiyyatı Afrikadakı müstəmləkə siyasətinə qarşı çıxanlara təzyiqi artırıb.
Digər ölkələr
2 Oktyabr , 2024 17:22
Tanınmış fəal: Fransa yalnız futbol oynayan və ya musiqiçi olan afrikalılara xoş münasibət bəsləyir

Fransız kəşfiyyatı Afrikadakı müstəmləkə siyasətinə qarşı çıxanlara təzyiqi artırıb.

“Report” xəbər verir ki, bunu tanınmış fəal, Fransa neokolonializminin əsas tənqidçilərindən biri olan Kemi Seba Azərbaycanın mətbuat nümayəndələri üçün keçirdiyi brifinqdə deyib.

"Fransız kəşfiyyatı daim bizi izləyirdi. Onlar təzyiqlərinin faydasız olduğunu başa düşəndə repressiyalar gücləndi. Onlar hətta bu strategiya çərçivəsində bizdən vətəndaşlığı almaq siyasətini tətbiq etdilər", - K.Seba qeyd edib.

Onun sözlərinə görə, Fransa yalnız futbol oynayan və ya musiqiçi olan afrikalılara xoş münasibət bəsləyir, ancaq müstəqil fikirlərini ifadə edənlər isə təqiblərə məruz qalırlar.

"Fransız hökuməti fikirlərini sərbəst ifadə edən afrikalıları sevmir. Məni gənc yaşlarımdan - 2005-2006-cı illərdən bəri təqib ediblər. Son illərdə müstəmləkəçiliyə qarşı mübarizəmizin güclənməsi ilə təzyiq artıb. Əvvəlcə Fransa bizə yerlərdəki marionet prezidentləri vasitəsilə hücum etdi, çünki bizdən qorxurdular, indi belə təzyiq hər yerdə həyata keçirilir", - o vurğulayıb.

Lakin fəal əlavə edib ki, repressiyalara baxmayaraq, fransız müstəmləkəçiliyinə qarşı mübarizə davam edəcək: "Bu müddət ərzində qurduğumuz sistem müstəmləkəçiliyə qarşı mübarizə zonasına çevrilib. Mübarizəmiz bitməyib, irəli getməyə davam edəcəyik".

Son xəbərlər

Orphus sistemi