Estoniya Müdafiə Qüvvələrinin yeni komandanı Andrus Merilo Qərbin Ukraynaya verdiyi silahların ancaq onun ərazisində tətbiq olunması ilə bağlı qərarın səhv olduğunu deyib.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, o, Qərbin bu addımının yanlış olduğunu söyləyib: "Bu məhdudiyyət Ukraynaya baha başa gəldi. Ukrayna müdafiə mövqelərinə qayıtdı. Ona görə də bu qərar axmaqlıqdır".
Qeyd edək ki, bundan əvvəl Estoniya Prezidenti Alar Karis Ukraynadakı döyüşləri bir nəsil üçün həlledici məqam adlandırıb.
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında müharibə 2022-ci il fevralın 24-də başlayıb.
Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl bildirib ki, Qərb dəstəyi dayandırsa, ölkəsi geri çəkiləcək. ABŞ Ukraynaya yardımı dayandırıb. Bundan əvvəl xarici KİV-lər yazmışdı ki, ABŞ Ukraynadan hücumdan müdafiə strategiyasına keçməyi tələb edir. ABŞ dövlət katibi Antoni Blinken daha əvvəl Ukraynanın çətin vəziyyətdə olduğunu bildirib.
Ukrayna Prezident Ofisinin müşaviri yanvarın 27-də deyib ki, Rusiya artıq genişmiqyaslı hücumlar təşkil etmək iqtidarında deyil. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib ki, müharibə yaxın vaxtda qələbə ilə başa çatacaq. Bir çox Qərb rəsmiləri davam edən döyüşlərin Rusiya-NATO savaşına səbəb ola biləcəyini iddia edirlər.