"Əş-Şabab" qruplaşması Keniyada avtobusa hücuma görə məsuliyyəti öz üzərinə götürüb
Digər ölkələr
- 22 noyabr, 2014
- 14:45
Bakı. 22 noyabr. REPORT.AZ/ Keniya ərazisində fəaliyyət göstərən "Əş-Şabab" islam qruplaşması sərnişin avtobusuna silahlı hücuma görə məsuliyyəti öz üzərinə götürüb. "Report"un "France-Presse" agentliyinə istinadən verdiyi məlumata görə, hadisə şənbə günü səhər saatlarında avtobus Mandera şəhərindən Nayrobi istiqamətində hərəkət edərkən şəhərin yaxınlığında baş verib. Hücum nəticəsində 28 nəfər həlak olub, bir neçə nəfər yaralanıb.
Hüquq-mühafizə orqanlarının ilkin araşdırmalarına görə, hücumda 100-ə yaxın silahlı islamçı istirak edib.
"Sinhua" agentliyinin məlumatına görə, yaraqlılar avtobusu saxlayaraq sərnişinləri nəqliyyat vasitəsini tərk etməyə məcbur ediblər. Somali vətəndaşları olmayan bütün sərnişinlər yerindəcə güllələnib.
Son xəbərlər
01:32
BCM-nin keçmiş prokuroru işdən çıxarılması barədə qərardan şikayət verəcək
Digər ölkələr01:13
Küveyt İrana qarşı hərbi əməliyyatda iştirakını təkzib edib
Digər ölkələr00:43
Hindistanda daşqınlar nəticəsində ölənlərin sayı 66 nəfərə çatıb
Digər ölkələr00:18
NY Post: Vaşinqton İranda zənginləşdirilmiş uranın ələ keçirilməsi üzrə əməliyyata hazırlaşır
Digər ölkələr23:50
Ukrayna İranın Xəzərdəki gəmisini vurub, ölən və yaralılar var
Region23:42
Messi "MLS Ulduzlar matçı"nın heyətindən çıxarılıb
Digər23:25
İsrail hərbçiləri Qəzzada HƏMAS-ın üç komandirini öldürüb
Digər ölkələr23:13
Rusiya ordusu Odessa sahillərində gəmiyə hücum edib, iki dənizçi itkin düşüb
Digər ölkələr22:41