Yuxarı

Ekvadorda zəlzələ nəticəsində ölənlərin sayı 235 nəfərə çatıb - VİDEO - YENİLƏNİB-5

Təbii fəlakət zamanı ən azı 588 nəfər yaralanıb

Bakı. 17 aprel. REPORT.AZ/ Ekvadorda zəlzələ nəticəsində ölənlərin sayı 235 nəfərə çatıb.

***19:10

Ekvadorda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 233 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə bazar günü ölkə prezidenti Rafael Korrea məlumat verib.

"Rəsmi rəqəm 233-ə çatıb, Tarki-de-Manta rayonu çox ziyan çəkib, binalar dağılıb, vitse-prezident Portovyexo şəhərinə yollanır", - deyə Korrea "twitter" mikrobloqunda yazıb.

***10:58

Ekvadorda baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 77 nəfərə çatıb, ən azı 588 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə Ekvadorun Prezident Administrasiyasının "twitter" səhifəsində məlumat verilib.

"Hazırda ölənlərin sayı 77 nəfərə çatıb, 588 nəfər yaralanıb", — deyə məlumatda bildirilir.

***08:35

Ekvadorda baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 41 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə "Reuters" agentliyinə ölkənin vitse-prezidenti Xorxe Qlas məlumat verib.

O bildirib ki, ölənlərin sayının artacağı istisna olunmur.

***06:24

Ekvador sahillərində baş vermiş zəlzələdə ən azı 16 nəfər dünyasını dəyişib.

"Report"un məlumatına görə, bu barədə Ekvadorun vitse-prezidentinə istinadən yerli media xəbər yayıb.

***04:32

Ekvador sahillərində 7,4 bal gücündə zəlzələ baş verib.

"Report"un məlumatına görə, bu barədə RİA "Novosti" ABŞ-ın Geoloji Xidmətinə istinadən xəbər yayıb.

Məlumatda bildirilir ki, yeraltı təkanlar yerli vaxtla 23:58-də qeydə alınıb. Zəlzələnin episentri Pedernales yaşayış məskənindən 14 km. şimal qərbdə qeydə alınıb. Zəlzələ ocağı isə 10 km. dərinlikdə yerləşib.

Dağıntılar və xəsarət alanlar, habelə sunami təhlükəsi haqqında məlumat verilmir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi