Yuxarı
    Bağlamaq

    Ekvador sahillərində yeni güclü zəlzələ baş verib

    Mümkün dağıntılar və insan itkisi barədə məlumat yoxdur

    Bakı. 22 Aprel. REPORT.AZ/ Ekvador sahillərində 5,7 bal gücündə növbəti zəlzələ baş verib.

    “Report” xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.

    Yeraltı təkanlar yerli vaxtla 22.03-də qeydə alınıb. Zəlzələnin episentri Portovyexo şəhərindən 86 km. şimalda olub. Yeraltı təkanların ocağı yerin 10 km. dərinliyində qeydə alınıb.

    Mümkün dağıntılar və insan itkisi barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi barədə məlumat verilməyib.
    Aprelin 16-da ölkədə baş verən 7,8 bal gücündə zəlzələ nəticəsində təqribən 600 nəfər həyatını itirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi