Ekvador hökuməti "WikiLeaks"in yaradıcısı Culian Assanja vətəndaşlıq verilməsi barədə qərarını ləğv edib.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Latın Amerikası ölkəsinin xarici işlər naziri Xose Valensiya mətbuat konfransında bildirib.
"Assanja Ekvador vətəndaşlığının verilməsi barədə qərarın icrası müxtəlif pozuntular səbəbindən dayandırılıb", - o deyib.
Qeyd edək ki, Culian Assanj bu gün Londonda saxlanılıb.