Yuxarı

“WikiLeaks”in qurucusu Culian Assanj Londonda polis tərəfindən saxlanılıb - VİDEO - ƏLAVƏ OLUNUB

Culian Assanjı Londonda polis tutub

“WikiLeaks”in qurucusu Culian Assanj Böyük Britaniyanın paytaxtı Londonda polis tərəfindən saxlanılıb.

“Report” xəbər verir ki, məlumatı TASS yayıb.

C.Assanj 2012-ci ildən Ekvadorun Britaniyadakı səfirliyinə sığınmışdı. 

Ekvador ona sığınacaq verməkdən imtina edib. Bundan sonra London polisi Ekvador səfirinin razılığı ilə səfirliyə daxil olub və “WikiLeaks”in qurucusunu tutub. 

Qeyd edək ki, C.Assanj 2012-ci ilin iyulunda “Wikileaks”də ABŞ-ın 2,4 milyon məxfi sənədini dərc edib. Bundan sonra İsveç onu beynəlxalq axtarışa verib. Buna səbəb kimi C.Assanjın 2010-cu il avqustun 20-də İsveçdə bir qadına qarşı cinsi zorakılıq əməli törətməsi göstərilib. 

2012-ci ilin iyulun 19-da o, Ekvadorun Londondakı səfirliyinə sığınaraq, bu Latın Amerikası ölkəsindən sığınacaq istəyib. Diplomatik toxunulmazlığa görə, Böyük Britaniya polisi Ekvadorun Londondakı səfirliyinə daxil ola və C.Assanjı həbs edə bilmirdi.

***

Böyük Britaniyanın xarici işlər naziri Ceremi Xant Ekvador Prezidenti Lenin Morenoya C.Assanja diplomatik sığınacaq vermədiyi üçün təşəkkür edib: “Culian Assanj qəhrəman, heç kim qanundan ali deyil. O, uzun illərdir həqiqətdən gizlənir. Culian Assanjın ədalət mühakiməsi qarşısında dayanması üçün Britaniya Xarici İşlər Nazirliyi əməkdaşlığına görə Ekvadora və onun Prezidenti Lenin Morenoya təşəkkür edirəm”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi