Egey dənizində miqrant kateri qəzaya uğrayıb
Digər ölkələr
- 05 fevral, 2017
- 12:46
Bakı. 5 fevral. REPORT.AZ/ Egey dənizinin şimalında qanunsuz miqrantları daşıyan, yunan Lesbos adasına yan almaq istəyən kater qəzaya uğrayıb.
"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə zamanı qayıqda 46 qeyri-leqal miqrant olub. Onlardan 8-nin qadın, 7-nin uşaq olduğu bildirilir.
Belə ki, katerin mühərriki sahildən 2 mil aralıda sıradan çıxıb. Bundan sonra o, fırtına ilə əlaqədar suya batıb.
Sahil mühafizəsinin katerləri 45 nəfəri xilas etməyə müvəffəq olublar. Bunlar Suriya, Əfqanıstan, Konqo Demokratik Respublikası, Efiopiya, Eritreya, Banqladeş və Kamerun vətəndaşlarıdır.
Hadisə zamanı 1 qadın itkin düşüb. Efiopiyadan olan həmin miqrantın axtarışılarına iki kater və vertolyot cəlb edilib.
Son xəbərlər
10:06
Foto
"Azərbaycan Dəmir Yolları" Çindən 7 lokomotiv alıb
İnfrastruktur10:05
İranda genişmiqyaslı təlimlər başlayıb
Region10:02
"Formula 1" yarışı zamanı Bakıda məhdudiyyət qoyulacaq və hərəkətə icazə veriləcək yolların siyahısı açıqlanıb
Formula 109:53
"Arsenal" Xviça Kvaratsxeliyanı heyətinə qatmaq istəyir
Futbol09:43
Azərbaycan nefti ucuzlaşmaqda davam edir
Energetika09:42
Azərbaycanın 2 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
Fərdi09:39
Azərbaycan XİN Çilini Müstəqillik Günü münasibətilə təbrik edib
Xarici siyasət09:34
Türkiyədə bir neçə məşhur şəxs narkotikə görə saxlanılıb
Region09:32