Əfqanıstanın bütöv ordu korpusu “taliblər”ə təslim olub

Əfqanıstanın bütöv ordu korpusu “taliblər”ə təslim olub Əfqanıstanın Silahlı Qüvvələrinin bütöv ordu korpusu Əfqanıstanın şimalında eyniadlı əyalətin inzibati mərkəzi olan Kunduz şəhəri yaxınlığında “Taliban” hərəkatının döyüşçülərinə təslim olub.
Digər ölkələr
12 Avqust , 2021 07:16
Əfqanıstanın bütöv ordu korpusu “taliblər”ə təslim olub

Əfqanıstanın Silahlı Qüvvələrinin bütöv ordu korpusu ölkənin şimalında eyniadlı əyalətin inzibati mərkəzi olan Kunduz şəhəri yaxınlığında "Taliban" hərəkatının döyüşçülərinə təslim olub.

“Report” xəbər verir ki, bu barədə “The Washington Post” bildirib.

Qəzet qeyd edib ki, söhbət yüzlərlə hərbçidən gedir. Əfqanıstanın Silahlı Qüvvələrinin iki zabitinin məlumatına görə, ordu korpusu bir neçə gün aeroporta yaxın Kunduz ətrafında hərbi bazada müqavimət göstərib, amma sonra kapitulyasiya elan edilib, hərbçilər silah və nəqliyyat vasitələri daxil olmaqla, zəruri avadanlıqları "taliblər"ə veriblər.

"The Washington Post" qəzetindəki mənbələr, təslim olmuş hərbçilərin "Taliban" tərəfindən başqa əraziyə aparıldığını və ordunun vilayəti tərk etməmək şərti ilə onlar üçün müdafiə təklif etdiyini vurğulayıb.

Kunduz əyalət şurasının üzvü, vilayətin təslim etməsinə qədər əyalətdən qaçmış Zarqul Aleminin sözlərinə görə, yerli ağsaqqallar komandirlərin yanına gəliblər və onlara ziyan vurmayacaqlarını söz vermiş “taliblər”ə təslim olmağı xahiş ediblər.

“Politico” nəşri isə ABŞ-ın Əfqanıstandakı səfirliyinin mümkün təxliyyəsi haqqında bildirib.

Son xəbərlər

Orphus sistemi