Kabildə terror aktı baş verib, ölən və yaralananlar var - YENİLƏNİB

Kabildə terror aktı baş verib, ölən və yaralananlar var - YENİLƏNİB Əfqanıstanda terrorçu-kamikadze Kabildəki hökumət müəssisəsinin binası qarşısında partlayış törədib.
Digər ölkələr
13 fevral 2025 09:09
Kabildə terror aktı baş verib, ölən və yaralananlar var - YENİLƏNİB

Əfqanıstanın paytaxtı Kabil şəhərində Şəhərsalma və Mənzil Tikintisi Nazirliyinin binası qarşısında terrorçu-kamikadze partlayış törədib, bir nəfər ölüb, üç nəfər yaralanıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “TOLO News” telekanalına nazirliyin nümayəndəsi Məhəmməd Kamal Əfqan məlumat verib.

O, partlayış faktını təsdiqləyib və qeyd edib ki, hadisə "terrorçunun darvaza qarşısında mühafizəçilər tərəfindən zərərsizləşdirilməsindən" sonra baş verib.

11:50

Əfqanıstanın Şəhərsalma və Mənzil Tikintisi Nazirliyinin binası qarşısında terrorçu-kamikadze tərəfindən partlayış törədilib.

“Report” xəbər verir ki, bu barədə TASS-a ölkənin Daxili İşlər Nazirliyinin nümayəndəsi Abdul Matin Kaneh bildirib.

Qurbanlar barədə hələlik məlumat yoxdur.

Nümayəndənin “TOLO News” telekanalına verdiyi məlumata görə, terrorçu binaya girməyə cəhd göstərsə də, təhlükəsizlik xidmətinin əməkdaşları buna imkan verməyib.

Son xəbərlər

Orphus sistemi