Əfqanıstanda "Taliban" silahlılarının hücumu nəticəsində 2 əsgər həlak olub

Əfqanıstanda "Taliban" silahlılarının hücumu nəticəsində 2 əsgər həlak olub Bakı. 7 aprel. REPORT.AZ/ Sari-Pul şimal əyalətindəki yoxlama məntəqəsinə Taliban radikal hərəkatının silahlılarının hücumu nəticəsində Əfqanıstan ordusunun 2 əsgəri həlak olub, 3-ü yaralanıb.
Digər ölkələr
7 Aprel , 2018 10:38
Əfqanıstanda Taliban silahlılarının hücumu nəticəsində 2 əsgər həlak olub

Bakı. 7 aprel. REPORT.AZ/ Sari-Pul şimal əyalətindəki yoxlama məntəqəsinə "Taliban" radikal hərəkatının silahlılarının hücumu nəticəsində Əfqanıstan ordusunun 2 əsgəri həlak olub, 3-ü yaralanıb.

"Report"un RİA "Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə "Tolo news" telekanalı xəbər yayıb.

Bildirilib ki, hücum cümə günü axşam saatlarında əyalətin kəndlərinin birində baş verib. Balh əyalətindəki Şahin düşərgəsinin nümayəndəsi Məhəmməd Hənif Rezae bildirib ki, hücum 30 dəqiqədən çox davam edib.

Onun sözlərinə görə, yaralılar hospitala yerləşdiriliblər və onların vəziyyəti sabitdir.

Son xəbərlər

Orphus sistemi