Yuxarı

Əfqanıstanda "Taliban" silahlıları bir mahalı nəzarət altına alıb

Amansız döyüşlərdə hökumət qüvvələrindən 30-a yaxın adam ölüb

Bakı. 27 avqust. REPORT.AZ/ Əfqanıstanın şərqində yerləşən Paktiya əyalətinin Pakistanla həmsərhəd olan Caniheyl mahalı "Taliban" silahlılarının nəzarəti altına keçib.

"Report" "İnterfaks" istinadən xəbər verir ki, mahal uğrunda gedən amansız döyüşlərdə hökumət qüvvələrindən 30-a yaxın adam ölüb.

Xatırladaq ki, Caniheyl mahalı son bir neçə həftə ərzində Talibançılar tərəfindən mühasirəyə alınmışdı.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi