​Əfqanıstanda "Taliban"ın 8-i əcnəbi olmaqla 14 silahlısı öldürülüb

​Əfqanıstanda "Taliban"ın 8-i əcnəbi olmaqla 14 silahlısı öldürülüb Son 5 gündə terrorçu qrupun 3 "qubernatoru" zərərsizləşdirilib
Digər ölkələr
16 İyun , 2015 14:23
​Əfqanıstanda Talibanın 8-i əcnəbi olmaqla 14 silahlısı öldürülüb

Bakı. 16 iyun. REPORT.AZ/ Əfqanıstanın Hərbi Hava Qüvvələrinin ölkənin şimal-şərqinə endirdiyi aviazərbələr nəticəsində "Taliban" hərəkatının 14 silahlısı öldürülüb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu haqda Əfqanıstan polisi məlumat yayıb. Öldürülənlərdən 8-i xarici ölkə vətəndaşıdır. 

Bədəxşan əyaləti Polis İdarəsinin təmsilçisi Lələ Məhəmməd Əhmədzay bildirib ki, hava zərbələri bölgənin Curm rayonunun Khol Dara-i-Xastak kəndinə endirilib: "Öldürülənlər arasında özünü Bədxşan əyalətinin başçısı elan etmiş Molla Amanuddin də var".

Xəbərə görə, Molla Amanuddin "Taliban" hərəkatının son 5 gündə öldürülən 3-cü "qubernatorudur". İyunun 14-də Kunar əyalətinin "başçısı" Ömər Zadran, ondan əvvəl isə Nanqarhar əyalətinin "qubernatoru" Mövləvi Mirəhməd Gül öldürülüb.

Son xəbərlər

Orphus sistemi