Əfqanıstanda partlayış olub, 5 nəfər ölüb, 7 nəfər yaralanıb

Əfqanıstanda partlayış olub, 5 nəfər ölüb, 7 nəfər yaralanıb Partlayışın məsuliyyətini bölgədəki terrorçu qruplaşmalardan heç biri üzərinə götürməyib
Digər ölkələr
9 Aprel , 2018 18:27
Əfqanıstanda partlayış olub, 5 nəfər ölüb, 7 nəfər yaralanıb

Bakı. 9 aprel. REPORT.AZ/ Əfqanıstanın şimal-qərbində törədilən partlayış nəticəsində 5 nəfər ölüb, 7 nəfər yaralanıb.

“Report” "RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli polis idarəsindən bildirilib.

Hadisə Əfqanıstanın Herat əyalətində baş verib. 

Polis bildirib ki, partlayış bir motosikletə bərkidilən bir neçə partlayıcı qurğunun işə salınması nəticəsində törədilib.

Partlayışın məsuliyyətini bölgədəki terrorçu qruplaşmalardan heç biri üzərinə götürməyib.

Son xəbərlər

Orphus sistemi