Əfqanıstanda partlayış, 5 nəfər öldü

Digər ölkələr
  • 26 iyul, 2020
  • 08:45
Əfqanıstanda partlayış, 5 nəfər öldü

Əfqanıstanın Hilmənd vilayətində iki partlayış baş verib.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, iki avtomobildə olan partlayıcı qurğu işə salınıb.

Nəticədə təhlükəsizlik qüvvələrinin 5 əməkdaşı ölüb, üçü yaralanıb.

Hələlik, heç bir terror qruplaşması partlayışa görə məsuliyyəti öz üzərinə götürməyib.

44 - Tezliklə