Əfqanıstanda mikroavtobusun partladılması nəticəsində 8 nəfər həlak olub

Əfqanıstanda mikroavtobusun partladılması nəticəsində 8 nəfər həlak olub Ölənlər arasında bir qadın və uşaq var
Digər ölkələr
20 Yanvar , 2015 15:13
Əfqanıstanda mikroavtobusun partladılması nəticəsində 8 nəfər həlak olub

Bakı. 20 yanvar. REPORT.AZ/ Əfqanıstanda mikroavtobusun yol kənarında yerləşdirilən fuqasla partladılması nəticəsində 8 dinc sakin həlak olub. "Report" "İTAR-TASS"a istinadən xəbər verir ki, bu barədə Qəzni vilayətinin vitse-qubernatoru Məhəmməd Əli Əhmədi bildirib. 

Onun sözlərinə görə, Caquri qəzasında törədilən terror aktı nəticəsində 8 nəfər, o cümlədən bir qadın və uşaq həlak olub.

Hələlik partlayışa görə məsuliyyəti heç kim üzərinə götürməyib, lakin bu fuqas tipindən taliblər əfqan və xarici xüsusi xidmətlərinə qarşı basqınlar zamanı istifadə edirlər. 

BMT-nin Əfqanıstandakı missiyasının son məruzəsinə əsasən, 2014-cü ilin yanvar-noyabr aylarında Əfqanıstan ordusu və beynəlxalq koalisiya qoşunlarının "Taliban" hərəkatına qarşı döyüşlərdə 3188 dinc sakin həlak olub və 6429 dinc sakin yaralanıb. Bu da 2013-cü ilin eyni dövrü ilə müqayisədə 19% çoxdur. 

Son xəbərlər

Orphus sistemi