Yuxarı

​Əfqanıstanda məktəb yaxınlığında partlayış törədilib: 6 nəfər ölüb, 15 nəfər yaralanıb

Ölənlərdən biri polis əməkdaşıdır

Bakı. 5 aprel. REPORT.AZ/ Əfqanıstanın Pərvan əyalətinin mərkəzi hissəsində, Siyagərd rayonunda səhər saatlarında terrorçu-kamikadzenin partlayıcı maddə yüklü avtomobili partlatması nəticəsində 6 nəfər həyatını itirib, 15 nəfər isə yaralanıb.

"Report" "Tolo News"a istinadən xəbər verir ki, bu haqda rayon rəhbəri Səid Sidiqqi bildirib.

Məlumata görə, partlayış yerli məktəbin yaxınlığında törədilib. Ölənlər və yaralananlar arasında qadınlar və uşaqların da olduğu bildirilib. Xəbərə əsasən, ölənlərdən biri polis əməkdaşıdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi