Əfqanıstanda əməliyyat zamanı ABŞ əsgəri həlak olub

Əfqanıstanda əməliyyat zamanı ABŞ əsgəri həlak olub Hadisə ölkənin şərqində, Nanqarhar vilayətində baş verib
Digər ölkələr
9 Aprel , 2017 06:08
Əfqanıstanda əməliyyat zamanı ABŞ əsgəri həlak olub
Courtesy İmage

Bakı. 9 aprel. REPORT.AZ/ Əfqanıstanda əməliyyat zamanı ABŞ əsgəri həlak olub.

"Report"un məlumatına görə, bu barədə "Reuters" ABŞ ordusunun kapitanı Bill Salvinə istinadən xəbər verib.

Xəbərdə bildirilir ki, hadisə ölkənin şərqində, Nanqarhar vilayətində baş verib. Belə ki, Birləşmiş Ştatların hərbçisi İŞİD terror qruplaşması əleyhinə keçirilən əməliyyat zamanı ağır xəsarət alaraq həyatını itirib.

O, ABŞ ordusunun xüsusi təyinatlı əsgəri imiş. Həlak olmuş hərbçinin adı açıqlanmır.

Qeyd edək ki, ABŞ Nanqarhar vilayətində 14 nəfəri İŞİD-in əsirliyindən azad edib.

Son xəbərlər

Orphus sistemi