“Taliban” Əfqanıstan müdafiə nazirinin evinə hücumu üzərinə götürüb

“Taliban” Əfqanıstan müdafiə nazirinin evinə hücumu üzərinə götürüb “Taliban” hərəkatı bu gün Əfqanıstan müdafiə naziri Bismillah Məhəmmədinin evinə basqının məsuliyyətini öz üzərinə götürüb.
Digər ölkələr
4 Avqust , 2021 14:36
“Taliban” Əfqanıstan müdafiə nazirinin evinə hücumu üzərinə götürüb

“Taliban” hərəkatı bu gün Əfqanıstan müdafiə naziri Bismillah Məhəmmədinin evinə basqının məsuliyyətini üzərinə götürüb.

“Report” “Tolo”ya istinadən xəbər verir ki, bu barədə hərəkatın sözçüsü Zəbihullah Mücahid açıqlama verib. Açıqlamada başqa yüksək rütbəli rəsmilərə də qarşı "qisas" əməliyyatları hazırlandığı bildirilir.

Xatırladaq ki, bu gün səhər saat 8 radələrində Kabilin Şirpur məhəlləsində nazirin iqamətgahı yaxınlığında avtomobildəki partlayıcı qurğunun işə salınması nəticəsində aralarında bir qadın olduğu 8 nəfər ölüb, 20-dən çoxu da yaralanıb. Daha sonra dörd nəfər silahlı şəxs mühafizəçilərlə atışmağa başlayıb. Hadisə yerinə təhlükəsizlik qüvvələri və tibbi heyət cəlb edilib.

Hadisə zamanı nazir və ya onun ailə üzvləri zərər çəkməyib.

Son xəbərlər

Orphus sistemi