Əfqanıstan hərbçiləri Pakistan sərhədçilərinə atəş açıb, ölən və yaralananlar var

Əfqanıstan hərbçiləri Pakistan sərhədçilərinə atəş açıb, ölən və yaralananlar var Əfqanıstanla sərhəddəki Spin-Boldak-Çaman keçid məntəqəsi ərazisində baş verən atışma nəticəsində Pakistan Sərhəd Korpusunun bir əsgəri həlak olub, daha ikisi yaralanıb.
Digər ölkələr
14 Noyabr , 2022 06:17
Əfqanıstan hərbçiləri Pakistan sərhədçilərinə atəş açıb, ölən və yaralananlar var

Əfqanıstanla sərhəddəki Spin-Boldak-Çaman sərhəd-keçid məntəqəsi ərazisində bu ölkənin təhlükəsizlik qüvvələrinin əməkdaşları ilə baş verən atışma nəticəsində Pakistanın Sərhəd Korpusunun bir əsgəri həlak olub, daha ikisi yaralanıb.

“Report” xəbər verir ki, bu barədə bazar günü axşam “Geo” telekanalı məlumat yayıb.

Qeyd edilir ki, Əfqanıstanın təhlükəsizlik qüvvələrinin əməkdaşları nəzarət-buraxılış məntəqəsində vəzifəsini yerinə yetirən pakistanlı sərhədçilərə atəş açıb. Əfqanıstan tərəfinin itkiləri barədə məlumat verilmir.

Telekanalın məlumatına görə, Pakistan hakimiyyəti nəzarət-buraxılış məntəqəsinin işini dayandırıb və Əfqanıstan hadisəni törədənləri ekstradisiya edənə qədər onu bərpa etməyi planlaşdırmır. Kabil rəsmiləri bu fikirdədirlər ki, Pakistan sərhədçilərinə hücumu “Taliban” adı altında naməlum terrorçular” həyata keçirib.

Son xəbərlər

Orphus sistemi