Efiopiyada zibil yığınının altında qalaraq ölənlərin sayı 46-a çatıb - YENİLƏNİB

Efiopiyada zibil yığınının altında qalaraq ölənlərin sayı 46-a çatıb - YENİLƏNİB Sürüşmə zamanı hadisə yerində təxminən 150 nəfər olub
Digər ölkələr
12 Mart , 2017 20:58
Efiopiyada zibil yığınının altında qalaraq ölənlərin sayı 46-a çatıb - YENİLƏNİB
Courtesy İmage

Bakı. 12 mart. REPORT.AZ/ Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində zibil yığınının sürüşməsi nəticəsində həlak olanların sayı 46 nəfərə çatıb.

"Report"un məlumatına görə, bu barədə "Associated Press" xəbər verir.

Qeyd edək ki, ilkin məlumatda hadisə zamanı 35 nəfərin öldüyü, həmçinin 28 nəfərin xəsarət aldığı bildirilirdi. Şəhərin hakimiyyət orqanları rəsmilərinin məlumatına görə, ölənlərin çoxu uşaqlar və qadınlardır.  

Qeyd edək ki, sürüşmə zamanı hadisə yerində təxminən 150 nəfər olub. Hakimiyyət orqanı təmsilçiləri ölənlərin sayının artacağını istisna etmirlər. 


***20:17

Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində zibil yığını sürüşməsi nəticəsində həlak olanların sayı 35 nəfərə çatıb.

"Report"un məlumatına görə, bu barədə "Associated Press" xəbər verir.

Məlumata görə, hələ də xeyli insan dağıntılar altında qalmaqdadır. Bildirilir ki, zibilliyin olduğu ərazidə onlarla adam gecəqondularda məskunlaşıb.

Efiopiya paytaxtındakı nəhəng zibilliyin olduğu ərazi artıq 50 ildir məişət tullantıları üçün istifadə edilir.

Sürüşmə zamanı hadisə yerində təxminən 150 nəfər olub. Xilasedicilər dağıntılar altından yalnız 37 nəfər tapa bilib, onlara tibbi yardım göstərilir.

Əddis-Əbəbə şəhər rəhbərliyinin mətbuat katibinin sözlərinə görə, ölənlərin sayı artacaq.

Son xəbərlər

Orphus sistemi