Bakı. 13 mart. REPORT.AZ/ Ebola virusundan ölənlərin sayı 10 min nəfəri ötüb.
"Report" xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatına istinadən "Reuters" məlumat yayıb.
Qeyd olunur ki, virusun daha çox yayıldığı Liberiya, Syerra-Leone və Qvineyada 10 min 4 nəfər xəstəliyin qurbanı olub.
Öz növbəsində, 24 min 350 nəfər virusa yoluxub.