Dünyanın ən yaşlı sakini vəfat edib
Digər ölkələr
- 17 yanvar, 2023
- 21:37
Dünyanın ən yaşlı sakini hesab edilən Fransa vətəndaşı Andre bacı (Lusil Randon – əsl adı) ömrünün 118-ci ilində vəfat edib.
"Report" xəbər verir ki, bu barədə "Agence France-Presse" məlumat yayıb.
Qeyd olunub ki, Andre qocalar evində dünyasını dəyişib.
Lusil Randon 117 yaşı ərəfəsində koronavirusa yoluxsa da, sağalmışdı.
Lusil Randon 11 fevral 1904-cü ildə Fransada anadan olub. O, 26 aprel 2022-ci ildən planetin ən yaşlı sakini kimi tanınıb.
Randon gəncliyində qubernator işləyib, daha sonra rahibə olub və 28 il Vişi xəstəxanasında çalışıb. Andre bacı adını alan rahibə burada yetimlərə və qocalara kömək edib. 1979-cu ildə Savoyda bir monastırda xidmət göstərib. 2009-cu ildən o, Toulon qocalar evində yaşayırdı.
Son xəbərlər
10:22
Bakı-Tbilisi-Ərzurum kəməri ilə 8 ayda 15 milyard kubmetrdən çox qaz nəql edilib
Energetika10:22
Azərbaycanda yük daşımaları təxminən 3 % artıb
İnfrastruktur10:15
Bu ilin 8 ayında Azərbaycanda qeydiyyata alınmış işsizlər 247,7 min nəfər olub
Daxili siyasət10:12
Azərbaycanda 8 ayda hasil edilmiş neft və qazın həcmi açıqlanıb
Energetika10:11
Cari ilin ilk 7 ayında 22 mindən çox nikah, 11 mindən çox boşanma qeydə alınıb
Daxili siyasət10:07
Bu ilin yeddi ayında Azərbaycanda 1 696 əkiz, 60 üçəm doğulub
Daxili siyasət10:07
"Barselona" 111 ildən sonra mövsümə ardıcıl 7 qələbə ilə başlayıb
Futbol10:07
Azərbaycanda əhalinin sayı 0,14 % artıb
Sosial müdafiə10:05