Dünya Bankının prezidenti koronavirusa yoluxub

Digər ölkələr
  • 11 may, 2022
  • 17:25
Dünya Bankının prezidenti koronavirusa yoluxub

Dünya Bankının prezidenti Devid Malpass koronavirusa yoluxub.

"Report" bu barədə "Reuters"ə istinadən xəbər verir.

Belə ki, bank rəhbərinin COVID-19 testi müsbət çıxıb.

66 yaşlı Malpass tam peyvənd olunub, koronavirusun yüngül simptomlarını yaşayır və evdən işləməyə davam edir.