Dubay hava limanı beynəlxalq daşımalarda yenə birinci olub
- 24 fevral, 2022
- 01:26
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay Beynəlxalq Hava Limanı 2021-ci ildə beynəlxalq sərnişindaşımada dünyanın ən işlək hava limanı olub.
"Report" TASS-a istinadən xəbər verir ki, bu tendensiya koronavirus pandemiyasına baxmayaraq, ardıcıl səkkizinci ildir ki, qorunub saxlanılır.
Ötən il sərnişin dövriyyəsi 2020-ci ilə nisbətən üç milyon nəfər (12%) artaraq 29,1 milyon olub.
Qeyd olunur ki, Dubayda Ümumdünya Ekspo 2020-nin keçirilməsi ilə əlaqədar bu hava limanı yeni aviaşirkətlər üçün birləşdirici nöqtəyə çevrilib.
Beynəlxalq hava limanının administrasiyasının məlumatına görə, ötən il hava axını gözlənilən şkalanı yarım milyon sərnişin üstələyib.
2019-cu ildə Dubay hava limanından 86,4 milyon sərnişin keçib. Bu limandan ən çox səyahət edənlər Hindistan (4,2 milyon nəfər) və Pakistan (1,8 milyon sərnişin) vətəndaşlarıdır.