Dövlət Departamenti Tayvana 300 milyon dollarlıq mümkün rabitə avadanlığı və texniki dəstək satışına icazə verib.
“Report” xəbər verir ki, bu barədə Pentaqonun tərkibinə daxil olan profilli hökumət qurumu məlumat yayıb.
“Taypey İqtisadi və Mədəniyyət Nümayəndəliyi avtomatlaşdırılmış idarəetmə və kommunikasiya sistemləri (Command, Control, Communications and Computers, C4) üçün texniki dəstək istəyib”, - qurumun açıqlamasında deyilir. Pentaqon həmçinin Tayvan tərəfinə ehtiyat hissələrin alınması, avadanlıqların tədarükü və təmiri, proqram təminatının hazırlanması, mühəndislik dəstəyi və kadr hazırlığında yardım etməyə hazır olduğunu açıqlayıb.
Mümkün razılaşmanın ABŞ-nin milli təhlükəsizliyinin maraqlarına cavab verdiyi və “bölgədə siyasi sabitliyin, hərbi tarazlığın və iqtisadi tərəqqinin qorunmasına” töhfə verəcəyi qeyd edilir.
C4 abbreviaturası ordunun müxtəlif qollarının həyata keçirmək üçün istifadə etdiyi sistem və texnologiyalar toplusunu bildirir.