Yuxarı

Donetsk və Luhanska xüsusi status verilir

Poroşenko separatçıların nəzarətində olan bölgələrin hüdudlarının müəyyən edilməsi ilə bağlı layihəsi parlamentə təqdim edib

Bakı. 15 mart. REPORT.AZ/ Ukrayna prezidenti Pyotr Poroşenko parlamentə rusiyayönlü separatçıların nəzarətində olan bölgələrin hüdudlarının müəyyən edilməsi ilə bağlı qanun layihəsi təqdim edib. "Report"un Azadlıq radiosuna istinadən verdiyi xəbərə görə, qanun layihəsi həmin ərazilərə xüsusi status verilməsini nəzərdə tutur.

Rada bu sənədi bu həftə səsverməyə çıxaracaq. Rusiya, Almaniya, Fransa və Ukrayna liderləri arasında fevralın 12-də Minskdə əldə edilən sülh müqaviləsinin şərtlərinə əsasən, Ukrayna Parlamentindən Donetsk və Luhansk vilayətlərinin xüsusi statusunun tanınması tələb edilir.

Özlərini bu ərazilərin lideri elan edən Aleksandr Zaxarçenko və Igor Plotnitski martın 13-də Fransa prezidenti Fransua Olland və Almaniyanın kansleri Angela Merkeli Minsk razılaşmasının şərtlərinə əməl etməsi üçün Kiyevə təziq göstərməyə çağırıblar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi