Yuxarı

Donald Tramp: "Britaniyalılar ölkələrinə nəzarəti özlərinə qaytardılar"

Bu, çox möhtəşəmdir, fantastikdir

Bakı. 24 iyun. REPORT.AZ/ "Britaniyalılar ölkələrinə nəzarəti özlərinə qaytardılar".

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu ABŞ prezidentliyinə iddiaçı Donald Tramp Britaniyada keçirilən referendumun nəticələrinə münasibət bildirərkən deyib.

"Fikrimcə, bu, çox möhtəşəmdir, fantastikdir", - deyə hazırda Şotlandiyada səfərdə olan Donald Tramp jurnalistlərə bildirib.

Qeyd edək ki, iyunun 23-də keçirilən referendumda səsvermədə iştirak edənlərin 52 faizi Böyük Britaniyanın Avropa İttifaqından çıxmasına səs verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi