Bakı. 10 noyabr. REPORT.AZ/ Dünyanın varlı adamları ABŞ-da keçirilən prezident seçkisində milyarder Donald Trampın qələbə qazanması səbəbindən 41 milyard dollar itiriblər.
“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi araşdıma aparıb.
Məlumata görə, ən çox itirən Meksikanın varlı adamı Karlos Slim-Eludur. Onun var-dövləti 9,2 faiz, yaxud 5,1 milyard dollar azalıb. Digər meksikalı 10 varlı adamın varidatına 6,5 milyard dollar ziyan dəyib. Həmçinin, Meksika varlıları sırasında 4-cü yerdə olan Yeva Qonda Rivera adlı iş adamı 487 milyon dollar itirib.
Xatırladaq ki, noyabrın 8-də ABŞ-da prezident seçkisi keçirilib. Respublikaçılar Partiyasının namizədi Donald Tramp rəqibi, Demokratlar Partiyasının namizədi Hillari Klintonu məğlub edib.