Bakı. 2 oktyabr. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp Las-Veqasda kazino yaxınlığında baş verən silahlı insidentlə əlaqədar Puerto-Rikoya səfərini təxirə salıb.
Bu barədə "Report" "Guardian"a istinadən xəbər verir.
D.Tramp Las-Veqasda kazino yaxınlığında öldürülənlərin ailələrinə və yaxınlarına başsağlığı verib.
"Las-Veqasdakı dəhşətli atışma zamanı öldürülənlərin ailələrinə və yaxınlarına başsağlığı verirəm", - D.Tramp "Twitter"də yazıb.
Qeyd edək ki, Las-Veqasda festivala toplaşanların atəşə tutulması nəticəsində ölənlərin sayı 50-ni keçib, 200-dən çox adam yaralanıb. Əsas şübhəli şəxs olan 64 yaşlı Stiven Paddok şəhərin polis qüvvələri tərəfindən zərərsizləşdirilib.