Donald Tramp ilə Kim Çen Inın növbəti görüşünün mümkün yeri açıqlanıb
Digər ölkələr
- 07 yanvar, 2019
- 06:11
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 7 yanvar. REPORT.AZ/ ABŞ Prezidenti Donald Tramp və KXDR lideri Kim Çen In arasında növbəti görüş Vyetnamın paytaxtı Hanoy şəhərində keçirilə bilər.
Bu barədə “Report” TASS-a istinadən xəbər verir.
İki ölkənin nümayəndələrinin Hanoydakı görüşdə mümkün sammitin vaxtını müzakirə etdiyi bildirilir.
Qeyd olunur ki, ABŞ tərəfi iki liderin görüşünün mümkün məkanı kimi İndoneziya, Monqolustan, Havay adalarını, eləcə də Şimali və Cənubi Koreyanın sərhədindəki Pxanmuncom sərhəd məntəqəsini nəzərdən keçirir.
Daha əvvəl D.Tramp Kim Çen In ilə yeni görüşü gözlədiyini bildirib.
ABŞ dövlət katibi Maykl Pompeonun sözlərinə görə, bu görüş 2019-cu ilin əvvəlində baş tuta bilər.
Son xəbərlər
15:17
Slovakiyanın Baş prokuroru "ASAN xidmət" mərkəzi ilə tanış olub
Daxili siyasət
15:14
Azərbaycanın ilboyu turizm məhsulları İspaniya və İtaliyada tanıdılıb
Turizm
15:13
"Azıx-Tağlar Arxeoloji Parkı" Dövlət Qoruğunun Əsasnaməsi" təsdiqlənib
Digər
15:13
Foto
Azərbaycan təmsilçisi Aydın Əlibəyov Moskvada beynəlxalq turnirin qalibi olub
Fərdi
15:05
"Çelsi" və "Tottenhem" Sael Kembedi ilə maraqlanır
Futbol
15:03
Foto
Anar Əliyev Naxçıvanda vətəndaşları qəbul edib
Sosial müdafiə
15:00
Tramp İraqda neft qaçaqmalçılığı və korrupsiyaya qarşı mübarizəni dəstəkləyir
Digər ölkələr
14:57
Foto
Emin Əmrullayev Ağstafada vətəndaşları qəbul edib
Elm və təhsil
14:56
Azərbaycan tomat ixracından gəlirini 13 % artırıb
Biznes