Bakı. 7 fevral. REPORT.AZ/ “Avropada terror aktları törədilir, çox qərəzli KİV məlumat vermir”.
“Report” “dw”yə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Floridada ölkəsinin Silahlı Qüvvələrinin mərkəzi komandanlığındakı çıxışında bildirib.
“Onların bununla bağlı öz əsasları olur” - Donald Tramp qeyri-müəyyən halda əlavə edib.
Ağ evin başçısı nəzərdə tutduğu terror aktlarını və KİV-in susması səbəbini açıqlamayıb.
O, ABŞ və müttəfqilərinin terrorçu İŞİD qruplaşmasına qalib gələcəklərini bir daha vurğulayıb.